Noyabrın 25-də saat 12:30 radələrində yol-nəqliyyat hadisəsi səbəb ilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın ) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən yenizaman-ya verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir.

1959-cu il (kişi) təvəllüdlü şəxsin vəziyyəti ağır, digər 3 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

***

13.25

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

yenizaman-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.

"Mercedec" və "QAZ 24" markalı minik maşınları toqquşub. Qəza nəticəsində 1959-cu il təvəllüdlü İ.Qarayev, 1957-ci il təvəllüdlü R.Əfəndiyev, 1994-cü il təvəllüdlü N.Qarayeva və 1972-ci il təvəllüdlü Ş.Qarayev xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

.