Üzü
üstə yatan söyüd
Böyrü üstə
düşüb qalan,
Üzü üstə
yatan söyüd...
Nə vaxt yıxıb
tufan səni?..
Bu torpaqda
kökün yoxsa,
Saxlamaz bu
aman səni
Ana köksüz,
ata köksüz
Neyləyirsən
yetim bala?
Sınıq-salxaq
budağınla
Göyərməyin çətin,
bala...
Yayın quru
torpağında
İlan kimi
qıvrılmağın,
Gün altında
yana-yana
Qovrulmağın?..!
Bu nə inad,
bu nə tabdı?..
Zülmün ölüm
yatağında
Bu çəkdiyin nə
əzabdı?..
Ya öl qurtar,
Ya ol
qurtar...
Gecə sənin
iniltini
Bir buludun
axarında,
Göyə
yalvar-yaxarında
eşidirəm:
"Topa bulud,
bir üzünü
döndər mənə!
Bircə qətrə,
bircə damcı,
Bir az nəmiş
göndər mənə...”
Tut buludun ətəyindən
Bəlkə sənə nəm
gətirir.
Yaman şeydi
qoca dünya
Həm aparır, həm
gətirir.
O quşu al
budağına
Balasına yem
gətirir.
Üzü üstə
yatan söyüd!
Mən səndəki
bu dözümdən,
Sənə baxıb
öz-özümdən
utanıram...
Biz insanlar,
ayıq, sayıq,
Suyumuz bol,
yerimiz bol,
Sən bir zərrə
torpağınla
Can verirsən
göyərməyə -
Biz bir dünya
torpaqdayıq
Dilimizdə
giley-güzar...
-
Çayın
axır - yaxşı axmır –
yenə giley,
Ayın baxır, mənə
baxmır,
yenə giley.
Dilimizin
günahı çox
Bu torpağa səcdəmiz
yox,
Özümüzdən küsənlərik,
Bəlkə də bir
ağac əkib
Yüz ağacı kəsənlərik...
Üzü üstə
yatan söyüd!
Dörd yanını çəpərləyib
Altında ot
bitirmisən
Sarmaşıqlar
sarmanıblar
budağına
Bunları sən
yetirmisən?
Palıd, çinar
olsa idi
Ömrü çoxdan
bitmiş idi -
Ölmüş idi,
getmiş idi...
Sən qəribə
bir ağacsan -
Başqa tale
yükün varmış,
Budaqda da,
yarpaqda da,
Kökün varmış,
rişən varmış,
Bir göyərmək
peşən varmış -
Solla sağın
arasında,
Qabığınla,
oduncağın
arasında
Bir ağ ümid
axıb gedir -
Yapış görüm o
ümiddən
qalx ayağa
Yapış qonşun
o söyüddən,
qalx ayağa!
Dirsəyini bas
torpağa,
Tinglərinlə yaşıl
yazı
yaz torpağa!
Bir pöhrədə
tumurcuğun,
Bir pöhrədə
göz muncuğun –
Quzuqulaq
yarpaqların
açılacaq!
İnada bax,
dözümə bax,
Tale ağa,
ümid ağa,
Söyüd ağa,
üzümə bax –
Bəzən səni
qınamışam
Birdən ahın
tutar məni.
Ya ol qurtar,
ya öl qurtar
Xəcalətdən
qurtar məni,
İntizardan
qurtar məni
Üzü üstə
yatan söyüd
Dayanışın
keçmiş olsun
Oyanışın mübarəkdir,
Söyüd ağa,
ümid ağa,
qalx ayağa.
fevral – iyun 2016
Bakı – Buynuz
****
Yüzünü kəsdilər,
birin əkdilər,
Neçə quş
yuvası çıxmaz sabaha.
Talandan
qalana hasar çəkdilər,
Nə
yaxşı, - meşəmiz üşüməz daha.
Bakı 2015
Həsrət burulğanı
Daha bundan
betər yaman günüm yox,
Adi görüşə də
güman günüm yox.
Daha o
cığırlar keçilməyəcək...
Gözümün acısı
qədəh doldurur
Daha o badələr
içilməyəcək
Gözümün
qorası sıxılmayacaq
Üstünə arılar
yığılmayacaq...
Hündür
ağaclarda alabaxtalar
Yuvaya enməyə
fürsət axtarar.
Mənim fürsətim
yox, bir ağacım yox
Dözməkdən
savayı bir əlacım yox.
Yox, daha ürəyim
ram olmayacaq –
Aramından
keçib, ramından keçib
Hər cür gözlənəsi
kamımdan keçib...
Bala, Sevinc
bacı, yaxamdan əl çək
Mənim qara
daşım göyərməyəcək.
İndi mən
başqayam, tam başqa adam,
Dərd yükü altında
çalışqan adam,
Yəni taleyilə
barışqan adam.
Ehey, yazıq
qoca nə ağlayırsan?
Bəs ayıb
deyilmi arvad-uşaqdan?..
Təsəlli səsləri
gəlsin uzaqdan
Nə deyim, lap
elə yaxından keçə,
Fələyin
fırlanan çarxından keçə,
Mənə veriləsi
təsəlli yoxdu,
Bu dərdin axırı,
əzəli yoxdu,
Dilimdə
Füzuli qəzəli yoxdu
"Heç kəsə dərdi-dil
lazım deyil dərman üçün”
Kimə lazımdı
ki, bu göz yaşları?
Torpaqda güllərim
əkilməyəcək
Bəlkə ruh
axtarır, mələk axtarır,
Gözlərim göylərdən
çəkilməyəcək –
Mən başqa adamam,
mən başqa adam
Bu həsrət
altında çalışqan adam,
İçində
qalanıb, çölündə yanan,
Kibriti
cibimdə alışqan adam
18 may,
2016
Bakı - Buynuz
Yanma belə
"Qələm dostum Nizaməddin Şəmsizadəyə”
Nə yanıqlı
danışırdın,
Nizaməddin,
yanma belə
Biz deyən
olmayıb hələ...
Gəl bu yerdən
varıb gedək,
Sən o üzdən,
mən bu üzdən,
Üz tutaq
dağlara sarı...
Sən "İspik”dən
çıx yuxarı,
Mən də tutum
bu axarı -
-
O
tay sənin, bu tay mənim
Qaya daşı sırasına
qatar məni,
Əlçim bulud qucağımda
yatar mənim –
Gəl çıx gedək
Baba dağa
Salam verək
Babamıza
O tab olsun
tabımıza
Axı dağlar
bizimkidir;
Dağlar bizi
bada verməz –
Hadi demiş,
səsimizi dağ eşidər
Daş ürəklər səsimizə
Heç də əks-səda
verməz.
Vətən oğlu,
yanma belə;
Mən demirəm
yadın olub,
Nizaməddin
...necə gəlib
adın olub -
Axı bizdə
nizam yoxdu...
Adda, sözdə
var bəlkə də
Əməllərdə
nizamlanmış
Nizam yoxdu
bu ölkədə -
Əyilib daş-tərəzisi
Haracandır
bu iqlimin ərazisi?..
Göy də saymır
bəlkə bizi?!..
Biz ki günəş
ölkəsiyik
Öldürdü bu
kölgə bizi.
Nizaməddin, qəm
eləmə
Bu dərdləri
yığıb-yığıb
Ürəyində cəm
eləmə
Axı hamı...
Necə yəni,
hamı, hamı
Axı bizdə
hamı yoxdu
Üstümüzdə fələyin
də
damı yoxdu –
O yananda bu
yanmadı,
Bu yananda o
yanmadı,
Daş atdılar
oyanmadı
Top atdılar
oyanmadı...
Daş qalanın
lap dibində
Villaların
kölgəsində
millət oğlu yatır hələ
Aldığını alır
hələ
Satdığını
satır hələ...
Nizaməddin,
yanma əbəs
Dəyirmanın
arxı döndü
Xaqaninin göz
yaşları
Axdı getdi,
"Ayağında
kündə dəyirman daşına” -
Axdı getdi, nə
oldu ki...
Yandı almaz
ildırımlar
Çaxdı getdi, nə
oldu ki?
Bəs Cavidlər?...
Bəs Müşviqlər?...
Canlarını
yaxdı getdi
Nə oldu ki...
Vətən oğlu,
yanma belə
O nə köçdü? –
didərgindir eldən elə?
Gedən getdi,
qalan qaldı,
Dünya yaman
darısqaldı,
Yurdu yurda,
Eli elə
qoşmaq olmur;
Vətən adlı,
torpaq adlı
bir sevginin sərhəddini
keçmək olmur,
aşmaq olmur
Nə yaxşı ki,
aşmaq olmur –
Nə yaxşı ki, yad
nəfəsdən
xoş deyilik.
Nə yaxşı ki, biz
köçəri
quş deyilik...
Durnalar da
köçdü getdi....
Bizim üçün əziz
olan
Daşdan-daşa səkib
uçan,
Əl-ayağı təmiz
olan
Çaydaçapan bəsdi
bizə -
Sinəmizdə biz
daşqapan
göyərdirik,
Çay ağacı o
daşqapan
bəsdi bizə.
Nə olsun ki,
heç göyərməz
Sinəmizin
qara daşı...
Məmməd Araz
çoxdan deyib,
"Vətən daşı
olmayandan
Olmaz ölkə vətəndaşı”.
Demək, biz də
Vətəndaşıq
Amma vətən
bizim deyil;
Biz əkirik,
biz biçirik,
Xırmanda dən,
anbarda dən
bizim deyil.
Eh, taxılda
Dəlicə də,
suluf da var...
Yaman şeydi o
dəlicə,
Quyruq uzun,
beli incə -
Acdıq ili çəkib
yedik
Oldum dəli,
oldum xumar...
Biz də yeyib
dəli olaq,
Şair gərək dəli
olsun!
Həm qələmdə,
həm çomaqda,
Həm yabada əli
olsun.
Əli qardaş, Vəli
qardaş
dəli qardaş
Tut əlini mən
dəlinin
Çıxıb gedək
Baba dağa
Gedək quzu
otarmağa
Gedək köhnə
obamıza
Dirsəklənək
yabamıza
Salam verək
babamıza
Gedək yazı
göyərtməyə
Payızları
saraltmağa
Gedək nizam
yaratmağa
Ağac əkib
kölgələnək
Biz də orda
ölkələnək
El eşidib
ahımızı
Çoxdan yazıb
mahnımızı
-
"Əzizim
ulu dağlar,
Çeşməli, sulu
dağlar”,
Burda şairlər
ölüb,
Göy kişnər,
bulud dağlar
Qoy buludlar
ağlasınlar
Bizə də yas
saxlasınlar
Nizaməddin qəm
eləmə.
may – iyun 2016
Bakı-Buynuz
Qış gəlir
Xırdaca
budaqlar qırov bağladı,
Hər ağac
başına bir cuna düşdü.
Keçdi
ildırımdan gümüş dolular
Yerdə xəzəllərin
ovcuna düşdü.
Dərənin
dibini sel-su xışladı,
Bir keçəl təpəni
dolu daşladı.
Qış da ilk dərsinə
belə başladı,
Bir yaşıl səltənət
çovğuna düşdü.
Qırov çəmənlərdən
rəngi ovladı,
Alıb
sarmaşığı buz buxovladı.
Külək
yumruladı, tufan qovladı
Qışın ilk qəzəbi
yulğuna düşdü.
Vaxt vardı
kirşəmiz döşdə çapardı,
Yerdəki qarı
da göydə qapardı.
Bir az gücüm
vardı payız apardı
Qışımız bir
ömrü yorğuna düşdü.
07 avqust.
2016
Nabran
Səyirmə
Dağ yeridir,
bir az yollar əyridi,
Sərvi gördüm
tellərini hörəndə.
Qəfil çıxdı,
dodaqlarım səyridi
Almayanaq sərvi
- nazı görəndə.
Dost elində
doğma sözüm - səyirmə
"Seyirmani” səyirmə
de, əyilmə.
Söz atımı səyirtdim
öz xeyrimə,
Xoş rəftarı,
xoş avazı görəndə
Qəfil çıxdı,
dodaqlarım səyirdi
Almayanaq sərvi
- nazı görəndə.
yay, 2016
Gürcüstan, Səyirmə
Nəsihət
Xalq sözü elə
cür el malıdır ki,
Müdriklər də
dözür ən acı sözə
Şair çiy sözü
də udmalıdır ki,
O sözü
bişirib çıxarsın üzə.
yay, 2016
Buynuz
Göylərdən
nur alıb, günəşdən çələng,
Bu dogulmaq üçün, ucmaq üçündür
Qövsi-quzeyləri
qucmaq üçündür,
Torpaq
bitirəni gül eylər gedər,
Torpaq
itirəni kul eylər gedər.
Bu
ki, mələklərin rəng düzümüdü
Körpənin
süd rəngli təbəssümüdü,
Xatirə dağlar
Hanı güclü nəfəs,
o tutarlı əl?..
Qayalar
salardı bərkinə məni.
Atılıb minərdim
belinə əvvəl
İndi təpə
almaz tərkinə məni;
Nə
Güllüsiyarın çəməni bilər,
Nə Şeykəm
çağırar ərkinə məni.
xxx
Bir də çıxım
gedim Uzunquşuna,
Sürəklər,
növbələr yada düşəydi.
Gedib dirənəydim
dağ yoxuşuna,
Etdiyim tövbələr
yada düşəydi.
xxx
Kaş bir də
keçəydim Yelligədikdən,
Bir soraq biləydim
bala əlikdən...
Sinəm
nişangahdı, könlüm mələrdi...
Ordayam,
burdayam, hələ bilmirəm
Bu da söz
üstündə gəzişmələrdi.
xxx
Can candan
can alsın, nəfəs nəfəsdən,
Yolum
Qızqayadan keçəydi qəsdən.
Heyrətə gələydim
ilahi səsdən –
İsgəndər
quşları oxuyaydılar,
Sübhə səs çələngi
toxuyaydılar.
xxx
O da
ocağımız, Baba dağımız,
Yolunda
qançırdır əl-ayağımız.
"Babanın
yolları daşdır,
Çəkdiyimiz cəfa
xoşdur,
Babam hey!
Babam hey!...”
Özünü Həzrətə
hədəf tutanlar,
Məzarı büllura
tərəf tutanlar,
"Canımı bu
yolda al” deyənlərə
Salavat
çevirib Salavatgahdan
Qoşulaydım əhli-hal
deyənlərə.
xxx
Çözürəm xatirə
oyaqlarımı –
Babadan
enirdik,
Küləkdöyəndə
Külək
yandırmışdı dodaqlarımı...
Axır ki çəkinə-çəkinə
məni
Aldı Qızdar
xala tərkinə məni
Atı məhmizləyib
"dəh-dəh” deyəndə
Qamçıya
tutmuşdu ayaqlarımı...
Saldım
ayağımı tərlik altına
Yenə də
yandırdı oynaqlarımı -
O qamçı
ağrısı qalıb yadımda,
Ayğırın
sağrısı qalıb yadımda.
xxx
Quzey dağım,
qarın belə bol olsun,
Yay ayları
çayın dolhadol olsun
Ömürdən-ömürə
yolun yol olsun,
Aparsın bizi
də gələcəklərə,
Hələ görmədiyim
görəcəklərə.
xxx
Əsəd
qayasıyla Havaxan durur,
Göylərdə
keçidi-dar heyvan durur
Keçənin önündə
imtahan durur,
Biri keçim
deyir, biri keçməyim.
Diri
bulağından içim-içməyim?
xxx
Dağlar əfsanədir,
dağlar nağıldı...
Şimşəyi
çaxıldı, göyü sağıldı.
Zanqının,
Bığırın evi dağıldı...
Hərə bir tərəfə
güzar eylədi
İnsanı
insandan bezar eylədi.
xxx
Peşnodan
yuxarı qızıl qayası
Üzündə ağ
cuna gəlin həyası
Süzülür
buluddan ayın ziyası -
Çaylar
qaranlıqda bəyaz küçələr
Dağlar nə qəribə
olur gecələr.
xxx
Ruhumda
şairlik təbi olaydı
Daşımda
ildırım zərbi olaydı.
Yenə mən
olaydım, Nəbi olaydı –
Bir gedib
çıxaydıq Toğludərəyə
Düşəydik dağkəli
olan bərəyə.
xxx
O dərin dərədə
sürü yatanda,
Sürüyə gözətçi
fiti çatanda,
Elə bil dağ-dərə
qopdu yerindən
Dağkəli
sürüsü atıldı birdən
Yel kimi
keçdilər aşırma dağdan
Nəbi də bir
güllə atdı uzaqdan...
Sonra səs
yayıldı:
-
Kəllər
hardadır?!.
Mən qaldım
söylüyə-söylüyə:
- Gəl çıx!
Kəlləri
salmışam töylüyə
- Gəl çıx!
Elə o günlər
də keçdi yel kimi
Xatirə xəyallar
incəlir hələ
O kəllər tövlədə
dincəlir hələ.
xxx
Seyfəddin
kişinin zarafatları,
Alın
qırışları qaya çatları.
Onun əmrindəydi
kolxoz atları
Hərəmiz birinə
minib gedəydik,
Alçalı
taladan enib gedəydik –
Xalidlə çox
oldum dağ səfərində,
İndi fikrim gəzər
həndəvərində.
xxx
Nə bilim mən
belə huşa getmişəm,
Söykənib
mamırlı daşa, getmişəm.
Mənə bu bərədən
məkan olmadı;
Keçdi şimşək
kimi cüyür təkəsi,
Tüfəng
qaldırmağa imkan olmadı...
Çatıb sürəkçilər
keçdi yanımdan,
Utanc bir
gizilti keçdi canımdan...
Yenə mamırlı
daş yanım olaydı,
Elə giziltili
canım olaydı.
xxx
Ovçu Ağarıza
haman olardı,
Danlardı
ovçunu naşı görəndə.
Özü atıb özü
peşman olardı,
Maralın
gözündə yaşı görəndə.
O da
sızlayardı gözündə yaşlar: -
"Mən də
ovçuluğu atdım qardaşlar”
Amma bərələrdə
yenə yatardı,
Yenə gözləyərdi,
yenə atardı...
xxx
Sarı əminin də
gələrdi səsi,
Hər nəhəng
ağacda bir nişanəsi-
Əlində
üçatlan dövləti-varı
Dağlara
qalxmağa tabı da vardı:
"Burda
canavarı mən öldürmüşəm” –
Əminin bir
atım gapı da vardı
Təki o söhbətlər,
gaplar olaydı,
Dizimdə əvvəlki
tablar olaydı.
xxx
İrzanın gülləsi
çıxanda boşa,
Bir az pərt
olardı gedərdi huşa:
"Mən də bir
ovçuyam, bilmirəm bəyəm”?-
Ona tanış idi
hər kol, hər kaha -
Ovu
barmağımla göstərəcəyəm -
Amma
barmağımı atmayasız ha...
Eh, təki gülləsi
çıxaydı boşa
Bizimlə
Zarata gedəydi qoşa...
xxx
Axır
xahişidi, lap son xahişi -
Hə, bir də
baxdılar ağır halına,
Ölüm
yatağında Şıxvələd kişi,
Onu
çıxartdılar yaylaq yoluna.
Yığıldı
başına doğması-yadı...
Dedi: - bu
yataqdan baxın dağlara
Burdan
baxılanda dağlar başqadı... -
Keçdiyi
yollara baxdı yenidən,
Yaşı
saqqalından süzüldü dən-dən;
Üzünü yollara
döndərdi getdi,
Ruhunu
dağlara göndərdi getdi...
xxx
Sən ey qoca
dünya, dağlar səninmi?
O çayı
oyaqlar çağlar səninmi?
Məni də göylərə
bağlar, səninmi?
Çünki ilham
payın fələkdən gəlir
Keçib min xəlbirdən,
ələkdən gəlir.
xxx
Görən o dad
damaqlarda qalırmı?
Görən o iz
ovlaqlarda qalırmı?..
Ovlaqda ov əti
daş arasında,
Piyi
cızıldardı daş parasında -
Can əti – hər
üzü məxmər kimiydi -
Adamın yeməyə
heyfi gəlirdi;
Ovlayan kim
idi, yeyən kim idi?..
Hazırına
çoban Seyfi gəlirdi-
Alırdı,
içirdi, yeyib gedirdi
Kimlərdən
kimlərə deyib gedirdi...
xxx
Yenə Ağcabərə
-
Dərələr
duman...
Üstündə iki
göl – əksi asiman...
Başı Qara
qaya, ayağı zindan
Çiyin-çiyinədir
neçə pəhləvan
Şahdağı
qoynunda Sənəm yaylağı,
Nə Sənəm
qocalar, nə də Şahdağı...
yay,
2016
Buynuz
Mənim qan yaddaşım
(Şair qardaşım Sabir Rüstəmxanlıya)
Damarda
alovdur, köz kimi yanar,
Ölməz torpaq
altda kömür yaddaşım.
Dünyada
olmayan bir olanım var,
Barmağım
ucunda möhür-yaddaşım.
Xınalı
daşlarda çilənib qalar,
Mənim daş
yaddaşım, dəmir yaddaşım.
Tarix kələfində
dolaşdı əlim,
Əlifba
sarıdan qısadır dilim.
Xəzər
sahilimdir, Qobustan elim,
Yaşar hər
daşında ömür yaddaşım.
yay, 2016
Buynuz
Çıxım gedim
Nə əvvələm, nə
indiyəm,
Səksənimin
içindəyəm.
Axırıncı
keçiddəyəm –
Keçidimi
keçim gedim
O bulaqdan
çox içmişəm,
Bu çeşmədən
içim gedim
Bir sot biçin
yerim qalıb
Bu yeri də
biçim gedim...
Yarpaq-yarpaq
tökülmüşəm,
Sarmaşığa
bükülmüşəm.
Kərpic-kərpic
sökülmüşəm
Pəncərədən
baxım gedim
O qapıdan
girmiş idim,
Bu qapıdan
çıxım gedim.
Aləm bütün
qalmaqaldı,
Kimlər getdi,
kimlər qaldı.
Dünya evi
darısqaldı
Daha mən də
durum gedim,
Günahımı, savabımı,
Qoltuğuma
vurum gedim.
Şirincə
hay-haray idi,
Kəndə səfər hər
yay idi.
Dünyamız bir
dərya idi;
Həm batırır,
həm çıxarır,
Həm aşağı, həm
yuxarı,
Əyri çayın
düz axarı -
Dəyirmandı
yuxum, gedim
Boğazından
girmiş idim,
Unluğundan
çıxım gedim.
Ağnağazdan
küncdə qalan
Urvamı da
yığım gedim.
Bura gəlib-gedən
qalsın,
Nişan qalsın,
bədən qalsın,
Qoy məzarım Vətən
qalsın,
Torpağımı
qucum gedim.
Bir də dönüm,
bir də baxım,
Bir ruh olub
uçum gedim.
yay, 2016
Buynuz
Tənhalığın üsyanı
Hər şey qaldı arxada,
Hər
şey qaldı geridə,
Neçin
könlüm darıxqan,
Tarimardır
bu yerdə -
Evdən-eşikdən
kənar,
Son tüstüsü buglanan,
Urəyim
sönük fanar…
Ya
bilmirəm soluxmus
bir payız bənövşəsi,
Ya
bəlkə tək bulagam,
Üzündə
buz şüşəsi –
Bir
əl toxunsa əgər
Ya
sınar, ya əriyər
Bir
də soyuyub gedər
Könlüm uyuyub gedər…
Heyf o etibardan,
Heyf
o intizardan -
Solan
yaşıllıqların,
Olan
yaxşılıqların
Axırı
nə?
bir heç nə…
Tutub
bu hecnəlikdən
Hara
gedim bilmirəm…
Uçdum
hansı yuvadan?
Hara
yetim bilmirəm,
Harda bitim bilmirəm
Bilmirəm hansı üzü
Tutub
üzüm gəlmişəm.
Mənə
elə gəldi ki,
Sən
məndən incimisən,
Mən
səndən incimişəm
Dönüb
küsüb gəlmişəm
İndi
bildim tənhayam
Gündüzümdə,
gecəmdə -
Evdən-eşikdən
uzaq…
Mən
bir asi yalquzaq
Qurd
ulayır icimdə.
Dayan görüm, sən Allah,
Yol
yaratsın yaradan!
Səninlə
barış üçün
Söz
gəzirəm arada…
Bilirəm
yalvarışla
Hiylə
sözlə xoşun yox
Üstün
olmaq həvəsin
Bir
haqsız savaşın yox.
Eh, nə qəsdi-qərəzdi?..
Biz
küsü saxlamazdıq,
Inciklik
havasında
Dilimiz
işləməzdi.
Hardan
dogub bu duygu
Hardan gəlib bu sorğu;
Ömrün hansı üzüdü? -
Sən
yoxsan bu dünyada
Bu
nə umu-küsüdü?..
Sən
ki, yoxsan dunyada
Nədir bu giley-güzar
Burda
tale sirri var.
O köhnə cığırında
Bəlkə
otlar icində
Ömrünün
axırında
Əkdiklərin
göyərib,
Açıb
gülün, çiçəyin
Baxmamışam, keçmişəm
Incik
düşüb ürəyin?
Bu
həyət sənin idi
Köhnə
ocaq yerində
Sönüb qalan kösövlər
Alovlanıb
bu səhər…
Amma
basqa əl ilə
Amma
basqa ocaqda –
Sən
qalmısan qıraqda,
Mən
qalmışam uzaqda
Görmüsən
mən də yoxam
Həmin ocaq başında
İncik-incik
yanmısan
Ömrün
qara daşında
O qızılı donun da
Evdə qalmışdı hələ.
Bəlkə o keçib ələ
Kimisə geyindirib,
Kimisə
isindirib
Bu
sənə ayan olub
Ruhunu
diksindirib
Məni də diksindirib.
Dayan,
sən Allah, dayan,
Könlüm
sınıq darıxqan.
Çaxıb
çox ildırımlar
Çaylaq
dası od tutub
Məni
də yandırıblar.
Göyün
tagına baxma,
Bulud
qalıb, dan keçib.
Sinə
dagıma baxma
Üstündən
hicran keçib.
Xoş
xəbər ol, xos çapar,
Dur
ayaga, umudum!
Tut
qolumdan sən apar:
Gedim,
təzədən gedim
Ocagım
yanan yerə.
Ürəyim
məqam tutub,
Könlüm
dayanan yerə.
Qızıl balıqlar kimi,
Çay
daşımı tanıyım.
Açın
ilkin yolumu,
Öz
daşımda bayılım.
Orda
cığır saldığım,
Qoşa
keçdiyim yerə.
Bütün
sevgilərimə,
O
and içdiyim yerə.
Ev-eşiyə
qarışım,
Öz
arxımla danışım.
Mən
də köhnə kösövəm,
Ocagımda
alışım.
Daha
səni tapmaram,
Keçdi
qoşa günlərim,
Ətəyindən yapışım.
Giley-güzar
sarıdan,
Dolub
daha siyahım –
Öz
günahım, öz ahım –
Gedər
qiyamətəcən,
Bütün
tənhalıqları,
Çapıb
gedər qiyamım!
payız,
2016
Bakı
İnanmadığım
Mənim
dan ulduzum batdı qəfildən,
Batdı
batmagına inanmadıgım
Birdən
bəxtimin də yuxusu gəldi,
Yatdı
yatmagına inanmadıgım.
Bagda
gülüm soldu, cənnətdə tubum
Bir
payız axsamı çatdı qürubum
Çatdı
çatmagına inanmadığım.
Üzümdə
zəlzələ, ruhumda qiyam
Dartdı
əllərimdən o biri dunyam
Dartdı
dartmağına inanmadığım.
Axır
hesabımı verdi əlimə,
Tanrı
atdı məni ruh aləminə
Atdı
atmağına inanmadığım
Nə fərqi - tez oldu gec oldu, getdi
Əvvəli,
axırı heç oldu getdi
Getdi
getməyinə inanmadığım
Dunya
fani imiş, ömrümüz ani
Bitdi
bitməyinə inanmadığım
2013
.
