“İlham Əliyev böyük, dahi liderlərdən biridir”.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
Aleksandar Vuçiç qeyd edib ki, indiki dövrdə belə bir lideri görmək çox nadirdir.
Prezident İlham Əliyevi şəxsi dostum hesab edirəm
“Prezident İlham Əliyevi şəxsi dostum hesab edirəm”.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“Serbiya Azərbaycan və Ermənistanı dost ölkələr hesab edir. Mən Prezident Xaçatryanı şəxsən Prezident İlham Əliyev qədər yaxşı tanımıram. Prezident İlham Əliyevi isə şəxsi dostum hesab edirəm. Bir yerdə olduğumuz zaman daha güclü oluruq. Qafqaz ölkələri əsas vasitəçi, eyni zamanda Avropa ilə Asiya arasında görüş nöqtəsi oldu. Əslində, hamımız Avropa Siyasi Birliyinin üç üzvüyük, eyni yolu seçməliyik”, - deyə Vuçiç qeyd edib.
Serbiya Azərbaycanla əməkdaşlığı genişləndirəcək
“Serbiya Azərbaycanla əməkdaşlığı genişləndirəcək”.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“Qazla işləyən elektrik stansiyası ilə bağlı razılaşmanı başa çatdırmaq üzrə olduğumuzu söyləməkdən məmnunam. Azərbaycanın Serbiyada təxminən 600 milyon dollarlıq investisiyası var. Eyni zamanda, Belqrad və Bakı arasında birbaşa uçuşları açmaq üzrəyik”, - deyə Vuçiç vurğulayıb.
.
