“Azərbaycanla qardaş Türkiyə arasında çox sıx müttəfiqlik münasibətləri qurmuşuq”.
Türkiyəyə böyük investisiyalar yatırmışıq. Türkiyəyə investisiyalarımız 20 milyard ABŞ dollarından çoxdur”.
Bunu Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında deyib.
Dövlət başçısı Azərbaycanın Gürcüstanın da ən böyük investorlarından olduğunu bildirib.
“TRIPP layihəsi ilə biz Asiyadan Xəzər dənizi üzərindən, Azərbaycan, Ermənistan, Azərbaycanın bir hissəsi olan Naxçıvan, Türkiyə və Gürcüstandan keçən mövcud dəhlizlərə əlavə olaraq yeni bir nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, marşrutlar nə qədər çox olarsa, istehlakçılar, təchizatçılar, tranzit ölkələr üçün bir o qədər yaxşıdır. Beləliklə, biz bir ölkə olaraq həmişə regional gündəliyimizə diqqət yetiririk”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev paralel şəkildə gedən Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan normallaşma prosesinin mütləq Türkiyə ilə Ermənistan, Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə başa çatacağını söyləyib: “Bununla eyni zamanda geniş coğrafi ərazini, Avrasiyanın bir hissəsini dəyişdiririk. Bu da bağlantı, enerji təhlükəsizliyi, sülh, sabitlik üçün çox vacibdir və uzunmüddətli müharibələrin və münaqişələrin tərəfdaşlığa və əməkdaşlığa necə çevrilə biləcəyinin nümunəsini göstərir”.
Prezident Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib
Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib.
Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında bildirib ki, Ümumdünya Ticarət Təşkilatı da dağılma mərhələsindədir.
“Yeri gəlmişkən, Azərbaycan 30 il ərzində dəvət olunmasına baxmayaraq, Ümumdünya Ticarət Təşkilatına qoşulmayıb. Çünki biz iqtisadi suverenliyimizi, siyasi suverenliyimizi qorumaq istəyirik. Eyni zamanda çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər saxlamağa çalışırıq. Baxın, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq sənədlərimiz var. Çinlə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb. ABŞ ilə strateji tərəfdaşlıq xartiyası üzrə müzakirələr aparılır. Bütün bunlar mümkündür və bir-birinə zidd deyil. Əgər ölkəniz və gələcəyiniz üçün aydın baxışınız varsa, gücünüz varsa, cəmiyyətiniz birləşibsə və kimin nə deməsindən, haqqınızda hansı məqalələrin yazılmasından asılı olmayaraq, doğru bildiyinizi edirsinizsə... Mən xüsusilə Ermənistanla münasibətlər kontekstində daha nikbinəm. Çünki bu, üç onillik müharibə və qan tökülməsindən sonra real sülhün əldə edildiyi nadir hallardan biridir, - deyə dövlət başçısı qeyd edib.
.
