Nepalın Baş naziri Khadqa Prasada Şarma Oli iğtişaşlar fonunda istefa verib.

Bu barədə "İndia Today" məlumat yayıb.

Baş nazirin köməkçisi Prakaş Silval xəbəri təsdiqləyib.

Baş nazir Şarma Olinin imzaladığı bəyanatda deyilir ki, o, hazırkı böhranın Konstitusiya həllinə yol açmaq üçün istefa verir.

Qeyd edək ki, Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə, etirazçılarla polis toqquşub. Onlarla insan ölüb, xeyli sayda yaralı var.

.