Neftçilər prospekti 4 günlük bağlanıb.
Bizimyol.info Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, Neftçilər prospektində (Dəniz vağzalının yaxınlığında) dəmir yolu relslərinin yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti gecə saat 23:00-dan etibarən qismən məhdudlaşdırılıb.
Təmir işləri 4 gün davam edəcək.
NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.
.