Bu gün uşaqların qarşılaşdığı təhlükə yalnız küçə və məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib.
Bunu Daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev, "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində deyib.
Nazir müavini qeyd edib ki, kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən psixoloji təzyiq, zərərli kontent, şantaj, və digər təhlükəli halların baş verməsi müşahidə olunur. Bu baxımdan, müasir texnologiyaların yaratdığı çağırışlara uyğun olaraq maarifləndirmə və məlumatlılığın artırılması məqsədilə valideynlər və təhsil müəssisələri ilə birlikdə kompleks tədbirlər həyata keçirilir".
.
