İtaliyanın "Napoli" komandası hücumçu Romelu Lukaku ilə bağlı rəsmi açıqlama yayıb.
Lukaku məşqlərə qayıdışı ilə bağlı komanda tərəfindən edilən bugünkü zəngə cavab verməyib.
Bildirilib ki, "Napoli" futbolçuya qarşı intizam tədbirləri görməyi nəzərdən keçirir və onun kollektivlə məşq edib-etməyəcəyi barədə qərar sonra veriləcək.
Qeyd edək ki, Lukaku daha əvvəl ABŞ və Meksika ilə keçiriləcək yoldaşlıq oyunları öncəsi Belçika millisinin düşərgəsini tərk edərək fiziki formasını yaxşılaşdırmağa çalışıb. O, ölkəsi Belçikada məşqlər etsə də, bu addım klubla razılaşdırılmayıb.
Neapol təmsilçisi futbolçunun sabaha qədər komandaya qoşulmaması halında onu heyətdən kənarlaşdırmaq ehtimalını da istisna etmir.
Lukaku 2024-cü ildə "Napoli"yə transfer olunub. 2025/2026 mövsümündə 32 yaşlı hücumçu komandanın heyətində bütün turnirlərdə 7 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
.
