ABŞ tələb etsə belə, İsrail ordusu Livanın cənubundakı mövqelərini tərk etməyəcək.

“Ynet” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

Nazirin sözlərinə görə, İsrail həm Suriyada, həm də Livanda yaratdığı təhlükəsizlik zonalarındakı hərbi mövcudluğunu qoruyacaq.

“Biz Suriya və Livandakı təhlükəsizlik zonasını tərk etməyəcəyik. Bu, bizim təhlükəsizlik konsepsiyamızdır. İsrail ordusu düşmən tərəfin ərazisində olmalı və yaşayış məntəqələrini məhz həmin ərazidən müdafiə etməlidir. Əsgərlər içəridə, sakinlər isə kənarda olacaq. Biz geri çəkilmirik”, – müdafiə naziri qeyd edib.

.