Rusiyanın paytaxtı Moskvada meymun çiçəyi (Mpox) diaqnozu qoyulmuş ikinci xəstə Domodedov xəstəxanasına daxil olub.
Bu barədə həmin tibbi müəssisənin baş həkimi Andrey Osipov açıqlayıb.
Onun sözlərinə görə, Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti ( Rospotrebnadzor) artıq yoluxmanın mümkün mənbələrinin müəyyənləşdirilməsi və yoluxmuş şəxsin təmaslarının aşkarlanması məqsədilə araşdırmaya başlayıb.
Hazırda məlumdur ki, yoluxmuş şəxs əvvəllər həmin xəstəxanaya yerləşdirilmiş birinci xəstə ilə təmasda olub.
Meymunçiçəyi nadir virus xəstəliyidir; qızdırma, intoksikasiya, limfa düyünlərinin böyüməsi və əvvəlcə ləkələr şəklində yaranan, sonra isə suluqlu olan səpgilərlə müşayiət olunur.
.
