Moldova Azərbaycandan təbii qaz almağı nəzərdən keçirir.

Bu barədə Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu yerli mediaya açıqlamasında bildirib.

“Moldovanın Azərbaycandan qaz almaq şansı var. Nəhayət Moldovanın qaz təchizatı mənbələrini diversifikasiya etmək üçün real şansları var və bu, gec-tez baş verəcək. Mən tarix verməyəcəyəm, amma sizə zəmanət verirəm ki, yaxın bir neçə ildə Moldovada şaxələndirilmiş qaz mənbələri olacaq. Hətta bu il baş verə bilər”, - Spinu qeyd edib.

O, azərbaycanlı həmkarları ilə bu istiqamətdə danışıqların davam etdirildiyini vurğulayıb.

.