Azərbaycan səhiyyəsinin inkişafında öz töhfəsini verən, dəfələrlə ilkə imza atan Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) mütəxəssisləri bu dəfə də sübut etdilər ki, artıq hər bir xəstəliyin çarəsini tapmaq üçün digər ölkələrin klinikalarına deyil, məhz MNX-na üz tuta bilələr.
Belə ki, hemodializ proqramında olan 2000-ci il təvəllüdlü xəstə 4 il ərzində qalıcı hemodializ kateter vasitəsilə dializ seansında iştirak edirdi. Lakin qalıcı kateterlərin istifadəsindən irəli gələn fəsadların biri də ürək boşluğunda travmaya bağlı trombun əmələ gəlməsidir.
Məlumdur ki, Xroniki böyrək çatışmazlığın ən uğurlu müalicə üsulu məhz böyrək transplantasiyasıdır, lakin bu xəstənin bir başa böyrək transplantasiyası üzrə əməliyyata salması onun həyatına təhlükə yaradırdı. Səbəb isə əməliyyat zamanı qalıcı kateterin çıxarılması zamanı xəstədə ağ ciyər arteriyasının tromboemboliyası və nəticədə ölüm təhlükəsi vardı. Həkimlərin qərarı əsasında, xəstə üzərində iki ağır əməliyyatın aparılması qərarı verildi, belə ki, əməliyyatın ilkin mərhələsində MNX-nın Ürək və damar xəstəlikləri şöbəsinin aparıcı mütəxəssisləri cərrah Seymur Musayevin rəhbərliyi altında açıq ürək əməliyyatı keçirtdilər və trombun xaric edilməsindən sonra əməliyyatın ikinci mühüm mərhələsi həyata keçirildi. Böyrək transplantasiyası üzrə əməliyyatı Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərliyi altında xəstə üçün donor olan anasında bir böyrək götürülüb uğurla xəstəyə köçürülüb.
Hazırda xəstənin vəziyyəti stabildir və artıq evə yazılıb. Onu da qeyd edək ki, bu cür ağır əməliyyat artıq ikinci dəfə məhz MNX-da icra edilir.
.
