Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi futbol tarixində 400 qol ötürməsi həddinə çatan ilk oyunçu olub.
Xarici KİV xəbər verir ki, bu göstəriciyə Messi MLS-in pley-off mərhələsinin 1/8 finalında “Neşvill”ə qarşı keçirilən üçüncü oyunda nail olub.
Qarşılaşma “İnter Mayami”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Messinin hesabında iki qol və bir məhsuldar ötürmə var.
Messi ən çox qol ötürməsini “Barselona” klubunda oynadığı dövrdə gerçəkləşdirib, 269 dəfə . Argentina millisində o, 60 dəfə komanda yoldaşlarına assist edib, “İnter Mayami”də 37, Fransanın “Paris Sen-Jermen” klubunda isə 34 ötürmə ilə yadda qalıb.
.
