Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatının finalı ərəfəsində sosial şəbəkələrdə komanda yoldaşlarına və azarkeşlərə müraciət edib.

 Messi müraciətində Argentinanın heç kəsin silə bilməyəcəyi tarix yazdığını qeyd edib.

"Bütün bu illər ərzində ən gözəl şey yalnız titullar deyil, həm də qət etdiyimiz bütün bu yol oldu. Hər gün bu komandanın yanında olmaq, birlikdə mübarizə aparmaq, çətin anlardan sonra ayağa qalxmağı bacarmaq və hər addımdan zövq almaq.

Komanda yoldaşlarımın hər birinə, məşqçilər heyətinə və bu millinin böyük ailə olaraq qalması üçün hər gün əlindən gələni edən bütün insanlara təşəkkür edirəm. Nə baş verir versin, bu komanda artıq heç vaxt unutmayacağımız və heç kimin silə bilməyəcəyi bir tarix yazıb. İrəli, Argentina!" - deyə Messi sosial şəbəkə səhifələrində yazıb.

Xatırladaq ki, Argentina - İspaniya final matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Messi azarkeşlərə müraciət etdi - FOTO

.