Xalıq Qəhrəman oğlu Rəhmanov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.
Yenizaman bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, X.Rəhmanov 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.
X.Rəhmanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
.
