ABŞ Prezidenti Donald Tramp həqiqətən də Avropa ölkələrini Rusiya neftini almağı dayandırmağa çağırıb.

"İnterfaks" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Trampın Aİ ölkələrini Rusiyadan neft idxalını dayandırmağa çağırması ilə bağlı daha əvvəl mətbuatda yayılan xəbərləri şərh edən Makron ABŞ-nin iki Avropa İttifaqı üzvü dövlətin Rusiya neftini almağa davam etmək qərarını tənqid etdiyini də vurğulayıb.

"Məncə, bu, çox yaxşıdır", - Vaşinqtonun mövqeyindən danışan Makron söyləyib.

Qeyd edək ki, Rusiyadan nefti "Drujba" kəməri ilə Slovakiya və Macarıstan alır.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə telefon danışıqları zamanı Avropanın Rusiya neftinin alışını dayandırmalı olduğunu bəyan etdiyi bildirilmişdi.

.