Macarıstanın Prezidenti Tamaş Şuyok ölkədə parlament seçkilərinin tarixini aprelin 12-nə təyin edib.

Bu barədə Prezident feysbuk səhifəsində paylaşım edib.

"Əsas Qanunun və Seçkilərin keçirilməsi qaydaları haqqında Qanunun müddəalarına uyğun olaraq, öz qərarımla 2026-cı il üçün parlament üzvlərinin ümumi seçkilərini təyin edirəm. Səsvermə 2026-cı il aprelin 12-də keçiriləcək", - o bildirib.

Macarıstan Prezidenti əlavə edib ki, demokratiyanın təməllərindən biri azad seçim hüququdur və o, hamını bundan istifadə etməyə çağırır.

.