Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Rusiyanın enerji resurslarını almasını müdafiə edib.

O bu barədə özünün “X” hesabında məlumat verib.

“İroniya bundan ibarətdir ki, dəniz sahilinə malik olan Balikyanı və Skandinaviya ölkələri bizə Rusiya enerjisindən qopmaq barədə leksiya oxuyurlar. Onlar bir xırda detalı unudurlar. O da budur ki, Macarıstanın dənizə çıxışı yoxdur. Bizim sahil xəttimiz yoxdur ki, orada bir gecəyə maye qaz terminalları və ya neftayırma zavodları tikə bilək”, - Siyarto qeyd edib.

Macarıstan XİN rəhbəri enerji resurslarının əldə edilməsində ölkələrin coğrafi mövqeyinin roluna da toxunub.

“Təəccübləndiricidir ki, bəzi Avropa liderləri bu sadə həqiqəti başa düşə bilmir: Sizin ölkənizin enerjini haradan alacağını coğrafiya müəyyən edir. Biz boru xətti olmayan mənbələrdən neft və qaz almağı xəyal edə bilərik. Amma xəyallar evləri isidə, isti su ilə təmin edə və zavodları idarə edə bilmir”, - Siyarto vurğulayıb.

Macarıstanın ali diplomatı ölkəsinin öz enerji təminatınndan əl çəkməyəcəyini bəyan edib.

.