
ABŞ-nin "İnter Mayami" klubunun və Uruqvay millisinin hücumçusu Luis Suares 6 oyunluq cəzalandırılıb.
Yenizaman-ın "Associated Press"ə istinadən məlumatına görə, buna səbəb 38 yaşlı futbolçunun Liqalar Kubokunun final matçında məğlubiyyətdən sonra "Sietl Saunders" klubunun əməkdaşlarından birinə tüpürməsi olub.
L.Suares oyundan sonra texniki zonaya yaxınlaşıb və rəqib heyətin üzvlərindən birinə tüpürüb. Daha sonra o, davranışına görə üzr istəyib. Həmçinin baş verən dava nəticəsində "Sietl Saunders"in məşqçisi Stiven Lenhart (5 oyun), o cümlədən "İnter Miami"nin daha iki futbolçusu Tomas Aviles (3 oyun) və Serxio Buskets (2 oyun) də cəzalandırılıb.
Qeyd edək ki, sentyabrın 1-də baş tutan görüş "Sietl Saunders"in 3:0 hesablı qələbəsi ilə nəticələnib.
.