“Tanqo üçün iki nəfər lazımdır”.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərin Ukrayna münaqişəsinə dair suallarını cavablandırarkən deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq istədiyinə əminliyini ifadə edərək, sülh üçün bütün tərəflərin qarşılıqlı iradəsinin vacib olduğunu bildirib: “Düşünürəm ki, Putin müharibənin bitməsini görmək istərdi. Mən buna inanıram. Tanqo üçün isə iki nəfər lazımdır. Hesab edirəm ki, qarşı tərəf də, NATO da müharibənin bitməsini istəyir”.
.
