Beynəlxalq futbol qurumu FIFA kiberhücuma məruz qalıb, nəticədə şəxsi, eləcə də kommersiya məlumatlarının müəyyən hissəsinə icazəsiz giriş əldə edilib.

Bu barədə FIFA-nın sözçüsü “Reuters“ə məlumat verib.

“FIFA məhdud sayda şəxsi və iş məlumatlarına icazəsiz girişlə nəticələnən cinayətkar kiberhücumun qurbanı olduğunu təsdiqləyə bilər”, - FIFA-nın sözçüsü deyib.

Kiberhücum nəticəsində neçə nəfərin məlumatlarının ələ keçirildiyi, hadisənin nə vaxt baş verdiyini və hansı kommersiya məlumatlarının təsirləndiyini açıqlanmayıb. Məlumatların internetdə yayımlanıb-yayımlanmadığı və ya harada dərc edildiyi ilə bağlı da dəqiq məlumat verilməyib.

Məsələ ilə bağlı məlumatlı mənbə “Reuters“ə bildirib ki, FIFA-nın ümumi məlumat bazasının 0,1 faizindən az hissəsi kiberhücuma məruz qalıb.

.