“Real Madrid” 2018-ci il dünya çempionatının bürünc mükafatçısı Eden Azarla müqaviləni ləğv etmək üçün razılığa gəlib.

Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2024-cü ilin yayına kimi hesablanmışdı. Tərəflərin razılığı ilə Azar cari il iyunun 30-da “Real Madrid”dən ayrılacaq.

Qeyd edək ki, Azar 2019-cu ildə İngiltərənin “Çelsi” klubundan “Real Madrid”ə keçib. “Transfermark”a görə, transfer dəyəri 115 milyon avro olub. Madridlilərin heyətində o, iki dəfə İspaniya çempionu olub, İspaniya Super Kubokunu qazanıb və Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. Belçikalı “Real Madrid”in heyətində ümumilikdə 76 oyuna çıxıb, 7 qol vurub və 12 məhsuldar ötürmə edib.

.