Avropada spot bazarda qazın qiyməti 1 000 kubmetr üçün 2500 ABŞ dollarını ötüb.

Rusiyanın “Qazprom” şirkəti verdiyi məlumata görə, hazırkı tendensiya davam edərsə, qışda qiymətlər min kubmetr üçün 4000 dollar səviyyəsini keçəcək.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

.