
"Qalatasaray"ın üzvü Viktor Nelson karyerasını İtaliyada davam etdirəcək.
Müdafiəçi "Verona" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı oyunçu 1 illik icarə əsasında “Verona”nın şərəfini qoruyacaq. Razılaşmaya əsasən, klub “sarı-qırmızılılar”a 650 min avro icarə haqqı ödəyəcək.
Bundan əlavə, danimarkalı futbolçunun müqaviləsində 8 milyon avroluq satınalma bəndi yer alacaq.
Qeyd edək ki, Viktor Nelson "Qalatasaray"a 2021-ci ildə "Kopenhagen"dən 7 milyon avroya transfer olunub.