Sərfəli mobil operator “Nar” gənclərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və işlə təmin olunmasına dəstək verən “Təlim Məktəbi” layihəsini on ilə yaxındır ki, həyata keçirir. Bu illər ərzində layihə modelyer-dərzi, manikür ustası, aşpaz, şirniyyat ustası və motorçu kimi müxtəlif peşələri əhatə edib. Layihə çərçivəsində iştirakçılar müxtəlif peşələr üzrə bilik və praktiki bacarıqlar əldə edir, bu bacarıqları real iş mühitində tətbiq edərək əmək fəaliyyətinə başlamaq imkanı qazanırlar.

Layihənin iştirakçısı FatiməHüsiyeva modelyer-dərzi peşəsi üzrə təlim keçərək qazandığı bacarıqlar sayəsində Bakı Tekstil Fabrikində işə qəbul olunub və hazırda fəaliyyətini burada davam etdirir. “Nar” Fatimənin peşə təlimindən iş həyatına qədər keçdiyi yolu əks etdirən qısa videomüsahibə hazırlayıb. Müsahibədə Fatimə peşə seçimi, təlim müddətində qazandığı biliklər və hazırkı iş təcrübəsi haqqında danışır. Videomüsahibəni bu linkdən izləyə bilərsiniz.

Qeyd edək ki, “Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırıdğı layihə eşitmə məhdudiyyətli şəxslər üçün peşə  təlimləri təşkil etməklə, onların müxtəlif iş bacarıqlarına yiyələnməsinə töhfə verir. Layihə eyni zamanda sağlamlıq imkanları məhdud gənclərin əmək bazarına inteqrasiyasını dəstəkləyərək inklüziv iş mühitinin formalaşmasına diqqət çəkir. 


 

.