İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Ruben Amorimi istefaya göndərib.

Bu barədə klub məlumat yayıb.

Məlumatda “Mançester Yunayted” futbol komandasının baş məşqçisi Ruben Amorimlə yolların ayrıldığı açıqlanıb.

Açıqlamada o da bildirilir ki, yanvarın 7-də “Bernli” ilə qarşılaşmaya “Qırmızı şeytanlar” Darren Fletçerin rəhbərliyi altında çıxacaq.

.