İngiltərə Liqa kubokunda final oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, həlledici matçda “Çelsi” və “Liverpul” üz-üzə gəliblər. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 118-ci dəqiqədə qol vuran Mersisayd təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

“Çelsi” - “Liverpul” - 0:1
Qol: Van Deyk, (118)

Beləliklə, Yurgen Kloppun baş məşqçisi olduğu komanda tarixində 10-cu dəfə İngiltərə Liqa Kubokunu qazanıb. “Liverpul” kuboku sonuncu dəfə 2022-ci ildə qazanmışdı.

.