Moskva İrəvanın Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçimi ilə bağlı referendum keçirməyə niyə tələsmədiyini anlamır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O xatırladıb ki, birgə bəyanatda Aİİ ölkələrinin dörd prezidenti “bu referendumun yaxın gələcəkdə keçirilməsini dəstəklədiklərini bildiriblər, çünki Ermənistanın inteqrasiya strukturlarına qoşulması üçün Ermənistan qanunvericiliyinə görə referendumun keçirilməsi zəruridir”.
“Buna görə də, açığı, Ermənistan rəhbərliyinin ölkə sakinlərindən bu çox vacib məsələyə münasibətlərini soruşmağa niyə tələsmədiyini başa düşmürük. Yəqin ki, belə tələsməməkdə hansısa konyuktur mülahizələrin olduğunu istisna etmirəm, elə deyil?”, - Qaluzin deyib.
.
