Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Rusiyaya qarşı müharibə aparır, bunun üçün Ukraynadan istifadə edir.

Nazir bunu jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Baş verən budur ki, Ukrayna uzun illərdir ki, Rusiyaya strateji məğlubiyyət vermək üçün döyüşməyə hazırlaşır. Nə deyirlər desinlər, bu müharibəni aparırlar, silah, sursat, kəşfiyyat, peyk məlumatları verirlər. Qərb bizə qarşı müharibə aparır”, - Lavrov bildirib.

Nazir ABŞ-ın Kiyevi daha da uzun mənzilli raketlərlə təmin edə biləcəyi ilə bağlı məlumatı belə cavablandırıb. Lavrov Qərbin Kiyevə getdikcə daha çox uzaq mənzilli raketlər verməsinin Ukraynada baş verənlərin mahiyyətini dəyişməyəcəyinə diqqət çəkib.

.