Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin sonuncu hərbçiləri Qazaxıstanı tərk edib.

RİA Novosti xəbər verir ki, ölkəni sonuncu tərk edən hərbçilərin arasında sülhməramlı kontingentin komandanı, general-polkovnik Andrey Serdyukov da olub.

Xatırladaq ki, KTMT-nın sülhməramlı kontingenti Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə yanvarın 6-da ölkəyə gəlib.

Qazaxıstana KTMT-ya üzv Rusiya, Belarus, Qırğızıstan, Ermənistan və Tacikistanın sülhməramlı kontingenti yerləşdirilmişdi.

.