Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqlarda təhdidlərin qarşısının alınması mexanizmlərinin hazırlanması və regional sabitliyin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.

Bu barədə “TASS”a məlumatlı mənbə bildirib.

“Əbu-Dabidə keçiriləcək danışıqlar münaqişədən sonrakı dövrdə yeni kontinental təhlükəsizlik sisteminin formalaşdırılmasının əsas aspektlərinin müzakirəsinə yönələcək. Görüş iştirakçıları təhdidlərin qarşısının alınması mexanizmlərinin hazırlanmasına və regional sabitliyin möhkəmləndirilməsinə diqqət yetirəcəklər”, – mənbə qeyd edib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqların noyabrın 10–11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov başçılıq edəcək.

.