Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu karyerasını bitirdikən sonra məşqçi kimi fəaliyyət göstərməyəcək.

Futbolçu bu barədə klubun yutub kanalına açıqlamasında bildirib.

O, fərqli düşündüyünü və gələcəkdə məşqçi kimi işləmək istəmədiyini söyləyib.

Qeyd edək ki, Ronaldu "Əl-Nəsr"lə müqavilə müddətini 2027-ci ilə qədər uzadıb.

.