Əbu-Dabidə danışıqların Avropa "üçlüyü"nün iştirakı olmadan keçirilməsi planlaşdırılır.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, danışıqlarda Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə iştirak edəcəklər.
Qeyd edək ki, Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqlar noyabrın 10-də keçiriləcək.
"Politico" nəşri rəsmilərə istinadən Fransa, Almaniya və Böyük Britaniyadan milli təhlükəsizlik müşavirlərinin Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında iştirak edəcəyini yazıb.
.
