Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 975 milyon 498 min ABŞ dolları dəyərində mal idxal edib.

 "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0.3% azdır.

10 ay ərzində Azərbaycana tədarük Türkiyənin ümumi ixracının 1%-ni təşkil edib.

Oktyabrda isə Türkiyə Azərbaycana 207 milyon 181 min ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16.2% azdır.

Yanvar-oktyabr aylarında Türkiyədən ən çox mal idxalını Almaniya (17 milyon 322 min ABŞ dolları,1 il əvvələ nisbətən 4.2% çox), ABŞ (12 milyard 515 milyon ABŞ dolları, 15.6% çox) və Birləşmiş Krallıq (11 milyard 878 milyon ABŞ dolları, 3% çox) həyata keçirib.

Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 6% artaraq 206 milyard 37 milyon 715 min ABŞ dollarına, oktyabr ayında isə 6.6% artaraq 22 milyard 334 milyon 23 min ABŞ dollarına çatıb.

.