Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək danışıqlardan sonra Moskva və Vaşinqton hər hansı sənəd imzalamağı planlaşdırmır.

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Mətbuat katibi jurnalistlərə bildirib ki, dövlət başçıları görüşün yekunları barədə mətbuat konfransında məlumat verəcəklər: "Sammitin yekunu üzrə sənəd imzalanması gözlənilmir. Hər hansı sənədin imzalanması ehtimalı azdır".

.