Avropa Şurasının sədri Antonio Koşta bildirib ki, Avropa İttifaqı Rusiya ilə danışıqlar üçün hələ münasib vaxtın yetişdiyini düşünmür, lakin Moskva ilə birbaşa diplomatik kanalların yaradılmasını vacib hesab edir.

O, bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.

“Təəssüf ki, Rusiya ilə danışıqlar üçün hələ uyğun vaxt yetişməyib. Lakin biz dərhal birbaşa diplomatik kanal yaratmalıyıq. Çünki onları dinləməli və onlarla danışmalıyıq”, – deyə Koşta bildirib.

Onun sözlərinə görə, Aİ liderlərinin hamısı gələcək danışıqlar masasında Avropa İttifaqının təmsil olunmalı olduğunu deyir.

“Əgər Aİ danışıqlar masasında oturmalıdırsa, onda danışmağa indidən başlamalıyıq”, – deyə Avropa Şurasının sədri vurğulayıb.

Koşta əlavə edib ki, Avropa İttifaqının maraqlarını yalnız Aİ institutları təmsil edə bilər

.