Suriyada yeni əskinaslar dekabrın 8-də dövriyyəyə buraxılacaq.

Bu barədə “Al Arabiyya” anonim mənbələrə istinadən xəbər verir.

Reuters“ ə verilən məlumata görə isə, yeni əskinasların üzərində olan “0” rəqəmlərinin sayında dəyişikliklər olacaq və bu dəyişikliklər ölkənin pul vahidinə ictimai etimadın artırılması məqsədi daşıyır.

Qeyd edək ki, Suriyanın milli valyutası 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri 99% faiz dəyər itirib.

Yeni əskinasların dövriyyəyə buraxılacağı tarix, simvolik olaraq ötən il Suriyanın sabiq prezidenti Bəşər Əsəd hökumətinin devrildiyi gün- dekabrın 8-i seçilib.

.