
ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putin və digər dünya liderləri ilə apardığı danışıqlar barədə birbaşa Ağ Evin rəhbəri Donald Trampa məruzə edib.
Bu barədə "The Wall Street Journal" qəzetinə istinadla xəbər verir.
Məlumata görə, Uitkoff adətən Putinlə görüşlərindən dərhal sonra Trampa zəng edir.
Qəzet yazır ki, onun ABŞ lideri ilə söhbətlərinin məzmunu ABŞ administrasiyasının digər üzvlərinə nadir hallarda çatır.
.