Karlo Ançelottinin oğlu Davide Ançelotti "Real Madrid"in baş məşqçisi vəzifəsində Xabi Alonsonu əvəz edə bilər.

Bu barədə "Sport.es" məlumat yayıb.

Mənbənin məlumatına görə, Davide Ançelottinin "Botafoqo"dan ayrılması "Real Madrid"də oyun tərzini tətbiq edə bilməyən Xabi Alonsonun istefaya göndərilməsi ilə əlaqələndirilə bilər.

Ançelotti "Botafoqo"dan 18 dekabrda ayrılıb. 2025-ci ilin iyul ayından bəri komandaya rəhbərlik edən italiyalı mütəxəssislə yanaşı, fiziki hazırlıq üzrə məşqçi Luka Qerra, köməkçiləri Luis Tevenet və Endryu Manqan da komandanı tərk ediblər.

Qeyd edək ki, Karlo Ançelotti də "Real Madrid"ə rəhbərlik idarə edib. O, 2025-ci ildə Braziliya milli komandasını idarə etmək üçün klubdan ayrılıb.

.