Fələstinin HƏMAS hərəkatı Qəzza sektorunda saxlanılan İsrail girovlarının yarısını buraxmağa razılaşıb.

Bu barədə “Əl-Kahira əl-İxbaria” telekanalı məlumat yayıb.

Məlumata görə, bunun qarşılığında İsrail tərəfi müəyyən sayda fələstinli məhbusu azad etməlidir.

Qeyd edilir ki, bu razılaşma 60 günlük atəşkəs çərçivəsində həyata keçiriləcək.

HƏMAS-ın razılaşdığı təklif Misir və Qətər vasitəçiləri tərəfindən irəli sürülüb.

Təklifə əsasən, İsrail hərbi qüvvələrinin Qəzzanın dərinliklərindən geri çəkilməsi təmin ediləcək ki, enklavda humanitar yardımlar maneəsiz çatdırılsın.


 

.