Almaniya hökuməti günü orduda çağırışı artırmağı hədəfləyən qanun layihəsini təsdiqləyib.


Yenizaman bu barədə Reuters-ə istinadən xəbər verir.


Qanun layihəsində ilkin mərhələdə könüllü xidmət nəzərdə tutulur, lakin ehtiyac yaranacağı təqdirdə, 2011-ci ildə dayandırılmış məcburi çağırış bərpa oluna bilər.


Qeyd edək ki, Almaniya 2030-cu illərin əvvəllərinə kimi orduda şəxsi heyətin sayını 180 000-dən 260 000-ə qədər artırmaq niyyətindədir.

.