 
                            Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqında hakimiyyət uğrunda mübarizədə xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas üzərində qələbə qazanıb.
Bu barədə Almaniyanın "Die Welt" qəzeti məlumat yayıb.
"Mübarizə aparan bu iki alfa qadın (alfa - güc və dominantlıq xüsusiyyətlərini ifadə edir - red.) arasındakı çəkişmə Brüsselin siyasi intriqalarındakı adi bir dramatik epizoddan qat-qat böyük idi. Əslində, söhbət daha fundamental bir məsələdən gedirdi: Kallasın rəhbərliyi altında Avropa İttifaqının xarici siyasətini koordinasiya və formalaşdırmağa kömək etməli olan Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) dünyada təhlükəsizlik siyasətinə dair yeni çağırışlar və ABŞ Prezidenti Donald Trampın yaratdığı xaos qarşısında kifayət qədər effektivdirmi?" – deyə məqalədə bildirilir.
Kallas AXFX-nin qeyri-effektiv olduğunu düşünərək bu vəzifəyə Avropa Komissiyasının keçmiş rəhbəri Martin Selmayrı təklif edib, lakin bu təklif Avropa Komissiyası rəhbərliyində və Aİ paytaxtlarında "dəhşət"lə qarşılanıb.
. 
                        
                        
 
                     
                    