ABŞ Dövlət Departamenti İrana qarşı hərbi əməliyyatların başlamasından sonra Yaxın Şərqi tərk edən diplomatların regiondakı səfirliklərə qayıtmasına başlayıb.

“Associated Press“ (AP) yazır ki, bu həftə diplomatların Yaxın Şərqdəki fəaliyyətinə qoyulan bəzi məhdudiyyətlər aradan qaldırılıb.

Lakin regiondakı əksər ABŞ diplomatik missiyaları hələlik tam heyətlə fəaliyyətə qayıtmayacaq.

Agentliyin məlumatına görə, qərar Vaşinqtonun İran siyasətindəki dəyişikliklə deyil, Dövlət Departamentinin kadr siyasəti ilə bağlıdır.

.