
"Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Alyaskada görüşü bütün dünya üçün önəmlidir. Rusiya konstruktiv dialoqa ümid edir və öz mövqeyini birbaşa Amerika tərəfinə çatdırmaq üçün fürsət görür".
Bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev “ Rossiya-1” telekanalında bildirib .
"Dialoqun davam etməsi vacibdir və biz çox konstruktiv dialoqa ümid edirik. Rusiya haqqında çoxlu dezinformasiya var və təbii ki, Rusiyanın mövqeyini Amerika tərəfinə birbaşa, aydın şəkildə çatdırmaq üçün mühüm imkan var", - o deyib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə sabah saat 23:30-da Alyaskada ABŞ və Rusiya Prezidentləri arasında görüş olacaq. Putin-Tramp sammitinin mərkəzi mövzusu Ukrayna böhranının həlli olacaq.
.