Kilian Mbappe "Real" klubunun heyətində La Liqada vurduğu qolların sayına görə Zinəddin Zidan və İsko Alarkonu geridə qoyub.

26 yaşlı hücumçu buna "Levante"yə qalib gəldikləri VI turunun oyununda dubl etməklə nail olub.

Fransalı hücumçu çempionatdakı 40-cı matçında 38-ci qoluna imza atıb.

Qeyd edək ki, K.Mbappe 2024-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir. Onun "kral klubu" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

.