Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılmaq üçün şərt irəli sürüb.

38 yaşlı hücumçu müqaviləsini vaxtından əvvəl ləğv etməyə hazırdır.

Lakin təcrübəli forvard sözləşməsinin qalan bir ili üçün maaşının tam ödənilməsini istəyir. "Əl-Hilal" bu məsələ yekunlaşmamış prinsipial razılığa gəldiyi Olli Uotkinsin ("Aston Villa") transferini başa çatdıra bilməz.

Xatırladaq ki, K.Benzema bu ilin yayında "Əl-İttihad"dan "Əl-Hilal"a keçib. O, bu komandada 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

.