İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə İraqda da vida mərasimi keçiriləcək.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə Xameneinin dəfn mərasiminin təşkili üzrə qurumun sözçüsü İman Əttarzadə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İraq alimlərinin, dini və ictimai xadimlərin, eləcə də ölkə əhalisinin müraciəti əsasında Nəcəf və Kərbəla şəhərlərində vida mərasimi keçiriləcək, sabiq Ali Rəhbərin cənazəsi iyulun 8-də İraqa yola salınacaq.
Əttarzadə qeyd edib ki, Seyid Əli Xamenei ilə vida mərasimi İranda rəsmi olaraq iyulun 4-dən başlayacaq.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimləri iyulun 4 və 5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək. Sabiq Ali Rəhbərin cənazəsi iyulun 6-da Tehrandan, iyulun 7-də isə Qum şəhərindən yola salınacaq. O, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.
.
