
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu mərhələdə Gəncə şəhərindən 14 ailə (56 nəfər), Bakı şəhərindən 12 ailə (56 nəfər), Abşeron rayonundan 3 ailə (13 nəfər), Tərtər rayonundan 1 ailə (6 nəfər), Samux rayonundan 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən 1 ailə (4 nəfər), ümumilikdə 32 ailə - 139 nəfər Kəlbəcər şəhərinə köçürülür.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Kəlbəcər şəhərinə cəmi 52 ailə (223 nəfər) köçürülüb.
.