
Karyerasını bitirən Xorvatiya yığmasının sabiq futbolçusu İvan Rakitiç "Hayduk"da çalışacaq.
Xorvatiya təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, ona klubda texniki direktor vəzifəsi verilib.
Bu barədə Split klubunun yeni idman direktoru Qoran Vuçeviç bildirib. Klub rəsmisi Rakitiçlə çalışmağın şərəf olduğunu söyləyib.
Qeyd edək ki, İ.Rakitiç 2024/2025 mövsümü başa çatdıqdan sonra karyerasını bitirdiyini açıqlayıb.
"Hayduk" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
.