Fransalı aktyor Jerar Depardye Parisdə saxlanılıb.

Bu barədə BFMTV məlumat yayıb.

Hazırda polis bölməsində olan aktyor iki qadına qarşı cinsi zorakılıqda ittiham edilir. Onların sözlərinə görə, hadisələr 2014-cü ildə “Magicien et les Siamois” və 2021-ci ildə “Les Volets verts” filmlərinin çəkiliş meydançasında baş verib.

Aktyor ittihamları rədd edib.

.